AZ | RU | EN home letter

Faydalı məsləhətlər


Biz oynayırıq! | Apqar cədvəli nədir? | Anamın laylası | Ana, ata – məktəbə getmək vaxtıdır! | 5-6 yaşlı uşaq bunları bacarmalıdır | Sizcə loqopedə nə zaman müraciət etmək lazımdır? | Uşaq nitqinin inkişafı | Loqopedik məşğələlər | Nitqin düzgün inkişafı | Kiçik matorikanın inkişafı

Loqopedik məşğələlər


 Bilirsinizmi?                                                                                                                               
              Səs  tələffüzü   problemlərindən  biri də   dislaliyadır.  Bu demək  olar  ki,  uşaqlar   arasında  ən   geniş   yayılmış   nitq  problemidir.  Tədqiqatlar  əsasında  müəyyən  olunub  ki,   məktəbəqədər   yaşlı   uşaqların 25-30%,  məktəb   yaşlı  uşaqların isə 17-20% bu problemdən əziyyət çəkir.  Bu   nitq probleminə    birinci   səbəb   böyüklərin  uşaqlarla  “uşaq dilində”  danışmalarıdır.  Valideynlərin  uşağa diqqətsizliyindən  də  yarana  bilər.  Yəni  uşağın  səs  tələffüzünə  valideynlər   diqqət  yetirmirlər,  düzgün  tələffüz  nümunələri  göstərmirlər,  dəqiq  və  düzgün  səs   tələffüzü   tələb  etmirlər.  Eşitmənin  azalması  da  dislaliyaya  səbəb ola  bilər.  Ağır  eşitmə  nəticəsində    uşaqların  10% də  səs  tələffüzü  qüsurları  müşahidə  edilir.     Eyni  zamanda  qüsur  əqli  cəhətdən  geri qalan  uşaqlarda  da  çox  təsadüf  edilir.  Oliqofren  uşaqların  50%dən  çoxunda  səs   tələffüzü  pozulmaları  müşahidə  edilir.   Uşaqlarda  səslərin  tələffüzünün  pozulması, səsin  tələffüz   olunmaması,  səsin  səhv   tələffüz   olunması,  səsin   başqa   səslə   əvəz   olunması  ilə   özünü  göstərir. 
      Səsin  tələffüz   olunmasını  sözün  əvvəlində,  ortasında  və axırında  səsin  düşməsi   ilə   göstərmək   olar.  Məsələn  lampa – ampa, rəndə - əndə,  Rəna - əna,  torpaq – topaq,  qardaş – qadaş,  qarpız  - qapız,  şar - şa.                                                                                
Səsin  səhv  tələffüz   olunması  zamanı  uşaqlar    səsləri  dişarası, damaqarxası, dilçəkdə, qoşadodaq, və . s tələffüz  edirlər.
Səs   başqa   səslə   əvəz  edilir. Məs;  t-d b-p və s balta-palta. 
Qalın – incə və ya incə - qalın səslər;  alma - əlmə,  ilan – ılan,  ütü – utu, timsah – tımsah.
Əziz   valideynlər,   mütəmadi  məşğələlər  nəticəsində  bu  problemləri aradan qaldırmaqda klubumuz sizə kömək göstərə bilər.
                                                                     

Loqopedik məşğələlərdə aşağıdakılar keçirilir :
Artikulyasiya gimnastikası (dil, dodaq, çənə, yanaq )
Düzgün tələffüz  olunmayan səslərin qoyuluşu (r, ş, t, d )
Masaj (dil, dodaq, üz, əl )
Lüğət   ehtiyyatının  zənginləşdirilməsi
Əqli və  psixi  inkişaf  üçün müxtəlif  oyunlar (piramida, pazl )
Cümlə  qurmaq  vərdişlərini  formalaşdırmaq 
Məktəb   təliminə  hazırlıq
Rabitəli nitqin inkişafı
Düzgün və səlist danışıq
Diqqətin,  yaddaşın  inkişafı
Kiçik   motorikanın  inkişafı
Nitq  oyunları
Loqopedik  ritmika
Fonetik  və  fonematik  inkişafdan  qalmanın  aradan  qaldırılması 
Məktəbəqədər   yaşlı   uşaqlarda   yaranan  nitq  problemlərinin   aradan  qaldırılması
Nitqi  anlamanı  inkişaf  etdirmək.

Məşğələlər fərdi olaraq keçirilir
Defektoloq - Loqoped  Ə. Səbinə
 

 

 

 

 

 

                                          
 
                                                                                     

Xəbərlər

02.05.2017

"INGILIS DİLLİ YAY DÜŞƏRGƏSİ"


|  Davamı
14.04.2017

Gələcək nəsil - "MOM`s Festival" da


|  Davamı
05.04.2017

Menar (zehni hesablama) - "Gələcək nəsil"də


|  Davamı