AZ | RU | EN home letter

Gələcək Nəsil


Yaradıcılar | Mütəxəssislər

Yaradıcılar


"Gələcək Nəsil" valideynlər klubu layihəsinin müəllifi və rəhbəridir.

 

Arifə xanım Ələkbərova

Bakı Dövlət Universitetini bitirib.

Ailəlidir. Üç uşağı, beş nəvəsi var.

Yeyinti sənayesi texnikumunda pedaqoq kimi fəaliyyət göstərib.

Moskva Elmlər Akademiyasının nəzdində prenatal psixologiya kursları və valideynlik məktəbi keçib.

2006-cı ilin may ayında Moskva şəhərində "Baby Time" festivalında və elə həmin ilin oktyabrında "Uşaqların təhsili və inkişafında oyun texnologiyaları" beynəlxalq ixtisaslaşdırılmış konfransının iştirakçısı olmuşdur.

10 ildir ki, atılmış və yetim uşaqlara himayədarlıq və kömək edən Beynəlxalq Qadınlar klubunun üzvüdür. 2006-2007-ci illərdə Beynəlxalq Qadınlar klubunun vitse-prezidenti olub.

Azərbaycanda ilk hamiləlik məktəbinin yaradıcısı kimi, 2007-ci ilin may ayında Bakı şəhərində keçirilən "Ləyaqətli doğuş" aksiyasında iştirak edib. Azərbaycanda hamiləlik məktəbinin necə yaradılması, mövcud mühitə bu məktəbin uyğunlaşdırılması barədə Polşa nümayəndə heyəti və analoji məktəblər açmaq istəyən digər təşkilatlarla öz zəngin təcrübəsi ilə bölüşüb.

2007- ci il 3-7 oktyabr  Moskva 13 –cü Beynəlxalq “Мир детства-2007” konfransının iştirakçısı olub.

Aərbaycanda ilk hamiləlik məktəbi 2006-cı il martın 14-də Arifə xanım Ələkbərova tərəfindən yaradılıb. Arifə xanım “Gələcək Nəsil” Validenylər Klubunu yaratmaqla sağlam cəmiyyət və gələcək üçün bir təkan vermiş oldu. Azərbaycan xalqı, onun sağlam gələcəyi, bu yolda nələr edə biləcəyi kimi aktual məsələlər bu alicənab xanımı həmişə maraqlandırır.

Hal- hazırda  “Gələcək Nəsil” valideynlər klubunun nəzdində fəaliyyət göstərən analıq məktəbi Respublikamızın bir sıra aparıcı klinikaları ilə əməkdaşlıq edir. Bu klinikaların aparıcı mütəxəssislərinin də qatıldığı xüsusi layihə üzrə bir neçə istiqamətdə tədqiqat işləri aparılır. Layihə uzun müddətə nəzərdə tutulsada, artıq ilkin statistik göstəricilər var. Belə ki, kursu bitirən xanımların 85 % övladlarını dünyaya təbii doğuş yolu ilə gətirirlər. Doğulan uşaqların demək olar ki, heç birində beyin daxili təzyiq olmur. APQAR cədvəli üzrə onların əksəriyyəti 8-9 bal yığırlar.

Hal-hazırda Arifə xanım “Gələcək Nəsil” valideynlər klubunun prezidentidir. Klubda hamilə xanımlar və anadan olandan 6 yaşa qədər uşaqlar üçün inkişafetdirici oyun və məşğələlər keçirilir.

"Gələcək Nəsil" valideynlər klubu layihəsinin müəllifi və təşkilatçısıdır.

 

 

oo0oooo

Ülviyyə xanım Ələkbərova

Azərbaycan Dövlət Tibb Universitetini qırmızı diplomla bitirib, 2003-2005-ci illərdə Rusiya Elmlər Akademiyasının nəzdində elmi endokrinoloji mərkəzdə ordinaturanı bitirib. Moskva şəhərində hamilələr üçün "Stixial" kursunun və valideynlər məktəbinin işirakçısı olub. 2007-ci ilin may ayında Bakı şəhərində keçirilən "Ləyaqətli doğuş" aksiyası çərçivəsində treninqlərdə iştirak edib.

Ailəlidir, üç övladı var.

Hal hazırda EDM mərkəzində həkim endokrinoloq vəzifəsində işləyir.

"Gələcək Nəsil" valideynlər klubunun direktoru.

 

 

 

Sevinc xanım Hacıyeva

 

Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 2007-ci ilin may ayında Bakı şəhərində keçirilən "Ləyaqətli doğuş" aksiyası çərçivəsində treninqlərdə iştirak edib.

Ailəlidir. İki övladı var.

Xəbərlər

02.05.2017

"INGILIS DİLLİ YAY DÜŞƏRGƏSİ"


|  Davamı
14.04.2017

Gələcək nəsil - "MOM`s Festival" da


|  Davamı
05.04.2017

Menar (zehni hesablama) - "Gələcək nəsil"də


|  Davamı