AZ | RU | EN home letter

Faydalı məsləhətlər


Biz oynayırıq! | Apqar cədvəli nədir? | Anamın laylası | Ana, ata – məktəbə getmək vaxtıdır! | 5-6 yaşlı uşaq bunları bacarmalıdır | Sizcə loqopedə nə zaman müraciət etmək lazımdır? | Uşaq nitqinin inkişafı | Loqopedik məşğələlər | Nitqin düzgün inkişafı | Kiçik matorikanın inkişafı

5-6 yaşlı uşaq bunları bacarmalıdır


Diqqət, yaddaş, təfəkkür
  • Şəklidəki səhvləri və uyğunsuzluğü tapmağı;.
  • 5-8 süjetli şəkili ardıcıl düzməyi;
  • Cüt əşyaları tapmağı və aralarındakı bağlılığı izah etməyi;
  • Əşyaların düzülmə ardıcıllığında qanunauyğunluğu tapmağı;
  • Sadə məntiqi məsələləri həll etməyi və 3 əşyadan lazımı olanı seçməyi;
  • 2 əşya və şəkil arasında oxşar və fərqli cəhətləri sadalamağı;
  • Verilmiş əşyaların içərisindən artıq olanı tapmaq və səbəbin izah etmək;
  • Bütün rəngləri və onların tonlarını düzgün adlandırmaq;
  • Təbiət hadisələrini tanımaq. İlin fəsilləri, həftənin günləri, ayları düzgün ardıcıllıqla saymaq. “Dünən”, “bu gün”, “sabah” kimi sözlərin mənasını başa düşmək və yerində işlətmək;
  • “Bizim planet necə adlanır?”, “Hansı şəhərdə yaşayırsan?”, “Azərbaycanın paytaxtı hansı şəhərdir?”  kimi sauallara cavab verməyi bacarmaq.
Riyaziyyat
  • 20 qədər düz və əksinə saymaq. 10-luqlarla 100 qədər saymaq;
  • Ədədləri düzgün ardıcıllıqla düzmək. Buraxılmış ədədləri tapmaq;
  • Rəqəmləri tanımaq və düzgün yazmaq;
  • Раскладывать числа на меньшие составляющие (например, 8 на 2 и 6)
  • “Miqdar”, “say”, “rəqəm” anlayışlarını bilmək;
  • Əşyaları  müqaisə etmək, =,+.- işarələrin tanımaq və istifadə etmək;
  • Əşyaları böyüklüyünə (uzunluğuna, eninə, hündürlüyünə) görə müqaisə etmək;
  • Əşyaları miqdarına görə müqaisə etmək;
  • Nitqdə sıra saylarından düzgün istifadə etmək;
  • Tək və cüt rəqəmləri ayırmaq;
  • Toplama və çıxmaya aid sadə misalları həll etmək;
  • Məkana bələdçilik- kağız üzərində (yuxarı, aşağı, sola, sağa, ortada, öndə, arxada);
  • Həndəsi fiqurları, o cümlədən həcimli həndəsi fiqurları (kub, şar, konus, silindir, paralipiped) tanımaq və düzgün adlandırmaq (dairə, oval, üçbucaqlı, kvadrat, düzbucaqlı, romb, trapesiya);
  • Dairə, kvadrat və üçbucağı 2 və 4 bərabər hissəyə bölmək.
Nitqin inkişafı
  • Ətrafdakı əşyaları, insanların hərəkətlərini, heyvanları adlandırmaq;
  • Əşyaları adlandırmaq və onları “Mebel”, “alətlər”, “nəqliyyat”, “oyuncaq”, “ərzaq”, “meyvə”, “tərəvəz”, “geyim”, “musiqi alətləri” və s. kimi qruplara ayırmaq;
  • Əşyaları tək və cəm halda düzgün adlandırmaq;
  • Əşyanı  şifahi təsvir etmək (dondurma- soyuqdur, ağ rəngdədir, şirindir);
  • Əks və yaxın mənalı sözlər tapmaq (dərin- dayaz);
  • Öndə, arxada, ortada, yanda, üzərində, altında kimi sözlərin mənasın başa düşmək;
  • Əşyanın hansı materialdan hazırlandığını təyin etmək (rezin, plastik, ağac, şüşə, kərpic, dəri, tük, yun);
  • Peşə sahiblərin tanımaq və sadalamaq;
  • Söhbət etməyi bacarmaq, suallara cavab vermək, sualları düzgün qurmaq;
  • Əzbərdən bir neçə şer, tapmaca, yanıltmac söyləmək. Tapmacaların cavabını tapmaq;
  • 6-7 cümlədən ibarət hekayə qurmaq və danışmaq;
  • Eşitdiyi nağılı nəql etmək, bu zaman nitqində sadə və mürəkkəb cümlələrdən istifadə etmək;
  • Yarımçıq qalmış hekayəyə sonluq vermək;
  • Sözdə ilk və son səsləri müəyyən etmək. Səslə hərfin fərqini müəyyən etmək (səsi tələffüz edirik və eşidirik, hərfi isə yazırıq və görürük). Sözdə hecaların sayını və vurğunu müəyyən etmək;
  • Cümlələri və kiçik mətni oxumaq, oxuduğu mətni izah etmək;
Hüsünxətt
  • Yazı üçün müxtəlif vasitələrdən təbaşirdən, rənglərdən, karandaşlardan, flamasterdən istifadə etmək;
  • Müxtəlif istiqamətlərdə xətlər çəkmək, sadə əşyaların şəklini çəkmək, fiqurları ştrixləmək, qrafik imla;
  • Çap hərfləri ilə yazmaq, nümunə dəftərlərində işləmək.

Xəbərlər

02.05.2017

"INGILIS DİLLİ YAY DÜŞƏRGƏSİ"


|  Davamı
14.04.2017

Gələcək nəsil - "MOM`s Festival" da


|  Davamı
05.04.2017

Menar (zehni hesablama) - "Gələcək nəsil"də


|  Davamı