AZ | RU | EN home letter

Xidmətlər


Hamiləlik məktəbi | Uşaqlarla məşğələlər | Ad günləri və tədbirlər | Yay məktəbi | “Catering Service” | Baby yoga | Bəy - gəlin rəqsi | Məktəbə hazırlıq kursları

Baby yoga


“Gələcək Nəsil” Valideynlər Klubunda aşağıdakı məşğələlər var;
  • Gənc analar üçün  hamiləlik məktəbi;
  • Fitness;
  • Anadan olandan 6 yaşa qədər uşaqlar üçün inkişafetdirici məşğələlər;
  • Test üsulu ilə məktəbə hazırlıq;
  • Milli, klassik və bal rəqsləri;
  • “Bacarıqlı əllər” uşaq incəsənət studiyası;
  • Gənc xanımlar üçün düzgün davranış qaydaları;
  • Ad günləri və bayramların təşkili və keçirilməsi.

BABY YOQA- Bu nədir?

Məlum olduğu kimi uşaqlar çox enerjili və çevik olurlar. Baby yoqa bu enerjini düzgün istiqamətləndirməyə kömək edir.

“Gələcək Nəsil” Valideynlər Klubunda uşaqların bacarıq və vərdişlərini hərtərəfli inkişaf etdirmək üçün müxtəlif məşğələlər var. Oyun, məşğələ, mahnı və əyləncələr vasitəsi ilə uşaqlar həyatdan zövq almağı, dostluğu, qarşılıqlı məhəbbət və güzəşti öyrənirlər. Bu proqram onları daha müstəqil olmağı, sərbəst qərar qəbul etməyi, hər fərdi qiymətləndirməyi və qəbul etməyi öyrədir.

Yeniyetmələr öz yaşıdları və yaşlılarla dil tapmaqda və ünsiyyətə girməkdə, öz arzu və istəklərini bildirməkdə çətinlik çəkirlər. Buda öz növbəsində daxili gərginliyə gətirib çıxarır. Baby yoqa bu problemlərin həllinə kömək edir. Proqramın tədrisi ərzində stressdən azad olmağın yolları, əqli fəaliyyətin artırılması texnikası öyrədilir.

Liderlik bacarığının inkişaf etdirilməsi, yaradıcı qabiliyyətlərin aşılanması, ətraf aləmlə ahəngdə yaşamaq-bu proqramın ayrılmaz hissəsidir.
“Gələcək Nəsil” Valideynlər Klubunda yoqa məşğələləri asana adlanan xüsusi tapşırıqlar üzərində qurulub.

Düzgün nəfəsalma qaydaları ilə müşayət olunan asanalar uşaq orqanizminin daha dözümlü və çevik olamasına kömək edir. Nəticədə qamət daha gözəl, sümüklər və onurğa sütünu daha möhkəm olur.

Asanalar özünü daha təravətli və gümrah hiss etməyə kömək edir.

Tədris proqramına müxtəlif hərəkətli oyunlar və maraqlı müsabiqələr də daxildir...

Kriya- ritmik nəfəsalma texnikasıdır. İmmunitetin, diqqətin və öyrənmə qabiliyyətinin artırılmasında kriyanın öz rolu var. Eyni zamanda o qorxu, depressiya, narahatçılıq və bu kimi xoşa gəlməz hisslərdən qurtarmaqda əsas köməkçidir.

Baby yoqa- proqramı müasir humanitar elmlər doktoru Şri Şri Ravi Şankar tərəfindən yaradılıb. O Ümumdünya Səhiyyə Təşkilatının stress halları üzrə baş məsləhətçisidir. İngiltərənin Oksford, ABŞ Florida, Hindistanın Banqalore kimi nüfuzlu təşkilatları bu proqramı öz təhsil sistemlərinə tətbiq edidlər. Yaxın qonşumuz olan Risiyada da bu proqram artıq neçə ildir ki, uğurla tətbiq olunur.

“Gələcək Nəsil” Valideynlər Klubunda  da artıq bu proqram tətbiq olunur. Məşğələlər diplomlu mütəxəssislər tərəfindən aparılır.

Biz Sizi övladınızla birlikdə məşğələlərə dəvət edirik.

Xəbərlər

02.05.2017

"INGILIS DİLLİ YAY DÜŞƏRGƏSİ"


|  Davamı
14.04.2017

Gələcək nəsil - "MOM`s Festival" da


|  Davamı
05.04.2017

Menar (zehni hesablama) - "Gələcək nəsil"də


|  Davamı