AZ | RU | EN home letter

Faydalı məsləhətlər


Biz oynayırıq! | Apqar cədvəli nədir? | Anamın laylası | Ana, ata – məktəbə getmək vaxtıdır! | 5-6 yaşlı uşaq bunları bacarmalıdır | Sizcə loqopedə nə zaman müraciət etmək lazımdır? | Uşaq nitqinin inkişafı | Loqopedik məşğələlər | Nitqin düzgün inkişafı | Kiçik matorikanın inkişafı

Ana, ata – məktəbə getmək vaxtıdır!


Sizcə valideyn olmaq nə deməkdir? Bəziləri “Bu dünyaya övlad gətirməkdir”- kimi sadə cavabla kifayətlənsələrdə, əslində bu sualın cavabı çox çətindir. Dünyaya övlad gətirməyin məsuliyyəti həmişə gənc ailələri qorxudur. Əvvəllər heç ağıllarına gəlməyən suallar indi onlara gecə və gündüz rahatlıq vermir. “Yaxşı valideyn olmaq üçün nəyi bacarmaq lazımdır?”, “Uşağı dünyaya gətirmək və onu düzgün tərbiyə etmək üçün sağlam mühütü necə yaratmalı?” və s. kimi suallar onlarda yenicə yaranan valideynlik hissini həyəcan, özünə inamsızlıq, qorxu ilə əvəz edir.

Məhz bu cür problemləri aradan qaldırmaq, qadını hərtərəfli doğuş prosesinə hazırlamaq məqsədi ilk hamiləlik məktəbi yarandı. Dünyada bu cür məktəblər keçən əsrin 30 -40 cı illərindən fəaliyyət göstərir.
Doğma diyarımızda ilk hamiləlik məktəbi 2006-cı il martın 14-də Arifə xanım Ələkbərova tərəfindən yaradıldı. Arifə xanım “Gələcək Nəsil” Validenylər Klubunu yaratmaqla sağlam cəmiyyət və gələcək üçün bir təkan vermiş oldu. Azərbaycan xalqı, onun sağlam gələcəyi, bu yolda nələr edə biləcəyi kimi aktual məsələlər bu alicənab xanımı həmişə maraqlandırır.

Açıldığı ilk gündən bu məktəb və onun fəaliyyəti cəmiyyət tərəfindən maraqla qarşılandı. “Gələcək Nəsil” valideynlər klubununda fəaliyyət göstərən analıq məktəbini qısa müddət ərzində yüzlərlə hamilə xanım bitirib.  Məlum məsələdir ki, hamiləlik vaxtında çoxları özünü fiziki hərəkətlərdə sıxırlar. Yadda saxlamaq lazımdır ki, rahat doğuş üçün fiziki və psixoloji hazırlıq tələb olunur. Analıq nəktəbini bitirmiş xanımlar doğuşdan qorxmurlar, hamiləlikdən irəli gələn diskomfort onları incitmir, doğuş zamanı özlərini sakit və düzgün aparırlar, bu prosesi nəzarət altında saxlamağı bacarırlar. Müxtəlif profelli mütəxəssislərin cəlb olunduğu bu məktəb hamilələri doğuşa hərtərəfli hazırlayır. Düzgün nəfəasalma qaydaları, bətndaxili uşaqla ünsiyyət, uşağa qulluq qaydaları, trimesterlər, doğuş öncəsi qorxu, gün rejiminin tərtib olunması, fiziki aktivliyin tənzimlənməsi, ailə daxili hormonal münaslbətlərə necə nail olmaq olar- klubda dərslər bu kimi rəngarəng mövzulara həsr olunub.

Hal- hazırda  “Gələcək Nəsil” valideynlər klubunun nəzdində fəaliyyət göstərən analıq məktəbi Respublikamızın bir sıra aparıcı klinikaları ilə əməkdaşlıq edir. Bu klinikaların aparıcı mütəxəssislərinin də qatıldığı xüsusi layihə üzrə bir neçə istiqamətdə tədqiqat işləri aparılır. Layihə uzun müddətə nəzərdə tutulsada, artıq ilkin statistik göstəricilər var. Bu göstəricilər aşağıdakı cədvəllərdə əks olunub:
*Orta göstərici 8 baldır



Təbii doğuş 85 %

Qeysər kəsiyi yolu ilə 15 %
Ginekoloqlar hamiləlik məktəbi keçmiş xanımlarla digərləri arasında böyük fərq olduğunu söyləyirlər. Hamiləlik məktəbi keçmiş qadınlar daha sakit, doğuş prosesinə daha hazırlıqlı olurlar. Onlar orqanizmlərində hansı proseslərin getdiyini, doğuşun hansı etaplardan ibarət olduğunu bilirlər. Xüsusi nəfəsalma qaydaların bildiklərinə görə doğuş prosesi cəmi 15-20 dəqiqə çəkir. Fitnes məşğələləri nəticəsində  aşağı ətraf, çanaq, ayaq və aralıq əzələləri möhkəmlənir ki, bu da öz növbəsində rahat doğuşa zəmanət verir.

“Gələcək Nəsil” Valideynlər Klubunda hamilə xanımlar üçün aşağıdakı məşğələlər var:
  • Fitnes
  • Düzgün nəfəsalma qaydaları
  • Bətndaxili uşaqla ünsiyyət
  • Aromoterapiya, artterapiya
  • Akuşer,  psixoloq və pediatrla praktik məşğələlər
  • Atalar günü
  • Əmizdirmə
Dərslərdə hamilə xanımlar  həyat yoldaşları ilə bərabər iştirak edə bilərlər. Birgə doğuş, ilk yardım qaydalrı, hamiləlik və doğuş zamanı psixoloji dəstək və s kimi mövzularda onlarla dərslər aparılır.
Xanımlar kursları bitirəndən sonra müxtəlif suallarla bura müraciyət edə, pediatrın xidmətlərindən istifadə edə bilərlər.

Klubumuza yeni üzv yazılan hər 50-ci xanım müxtəlif imtiyazlara yiyələnir.

Hamiləlik məktəbini bitirən xanımlar kursun sonunda sertifikat və yeni doğulan körpə üçün mxtəlif hədiyyələrlə təltif olunurlar.

Xəbərlər

02.05.2017

"INGILIS DİLLİ YAY DÜŞƏRGƏSİ"


|  Davamı
14.04.2017

Gələcək nəsil - "MOM`s Festival" da


|  Davamı
05.04.2017

Menar (zehni hesablama) - "Gələcək nəsil"də


|  Davamı