AZ | RU | EN home letter

Faydalı məsləhətlər


Biz oynayırıq! | Apqar cədvəli nədir? | Anamın laylası | Ana, ata – məktəbə getmək vaxtıdır! | 5-6 yaşlı uşaq bunları bacarmalıdır | Sizcə loqopedə nə zaman müraciət etmək lazımdır? | Uşaq nitqinin inkişafı | Loqopedik məşğələlər | Nitqin düzgün inkişafı | Kiçik matorikanın inkişafı

Apqar cədvəli nədir?


Apqar cədvəli nədir?

Uşaq doğulan kimi həkimlər onu müayinə edir, sağlamlığını qiymətləndirirlər.  Uşağın keçdiyi bu ilk test Apqar cədvəli adlanır. Körpənin sağlamlığı 5 əsas göstərici üzrə qiymətləndirilir:
  • Ürək döyüntüsü
  • Nəfəs alma
  • Dərinin rəngi
  • Reflekslər
  • Əzələ tonusu
Sadalanan bu perametrlər üzrə uşağın sağlamlığı həyatının birinci və beşinci dəqiqəsində qiymətləndirilir. Apqar cədvəli üzrə qiymət hər parametrə görə 2 baldır. Amma tibb işçiləri qiymətləndirmədə çox “xəsisdirlər”, onlar həttda tam sağlam uşaqlara belə 8-9 baldan artıq vermirlər.

“Gələcək Nəsil” Valideynlər Klubunda hamiləlik kursları keçən xanımlar Apqar cədvəli üzrə yüksək bal yığan uşaqlar dünyaya gətirirlər. Bu xanımlar analıq məktəbində düzgün nəfəs alma qaydalarına yiyələnirlər. Eyni zamanda aromaterapiya, musiqili terapiya, bətn daxili ünsiyyət, fitness, doğuş zamanı düzgün davranış qaydalarını bilmələri doğuş prossesini kifayət qədər nəzarətdə saxlamağa imkan verir. “Gələcək Nəsil” Valideynlər Klubunda hamiləlik kursları keçmiş xanımlardan 10 nəfəri dünyaya Apqar cədvəli üzrə 9 bal yığan uşaq gətiriblər. Statistika orta gösrəticinin 8 bal olduğun göstərir. Bir çox akuşer-ginekoloqlar bunun Azərbaycan reallığı üçün bir möcüzə olduğunu söyləyirlər.

İndi bu cədvəllə daha yaxından tanış olaq:

Göstərici
Normada
Körpənin vəziyyəti
Qiymət
Ürək - damar sisteminin vəziyyəti
Yeni doğulan uşaqların ürəyi böyüklərə nisbətən daha sürətlə döyünür. Əgər böyüklərin nəbzi dəqiqədə 70-90 dəfə vurursa, körpələrdə bu göstərici 120-130-dur. Körpədə bu göstəricinin aşağı olması normaya ziddir. Deməli, uşaq doğuş zamanı oksigen çatışmazlığına məruz qalıb.
Nəbz normaldır.

Uşağın ürəyi dəqiqədə 100 dəfə döyünür.

Ürək fəaliyyəti yoxdur.

2 bal


1 bal



0 bal

Nəfəs alma
Yeni doğulan uşaq dəqiqədə 40- 55 dəfə nəfəs alır. Bu cür nəfəs alma normaldır.
Göstəriciyə uyğun nəfəs alır.

Nəfəs alma müntəzəm deyil.

Nəfəs almır.
2 bal


1 bal



0 bal
Əzələ tonusu
Yeni doğulan uşaqlarda əzələlər daha yaxşı bükülür. Onlara məxsus pozada bununla izzah olunur. Uşaq uzanıb, qollarını sinəsinə, barmaqlarını isə yumruq kimi sıxır. Ayaqları qarına doğru bükülüb.
Sağlam uşaq əlləri və ayaqları ilə aktiv hərəkət edir.

Asta və tənbəl hərəkət edir.


Əzələ tonusu yoxdur.
2 bal



1 bal



0 bal
Reflekslər
Uşaqda bütün reflekslər- xüsusi ilə də, qışqırma refleksi olmalıdır. Uşaq ananın döşünü əmməlidir.
Refleslər var, uşaq hündürdən, uzun müddət  qışqırır, döşə yaxınlaşdıranda səsini kəsir

Uşağın səsi astadır, arada kəsilir, bəzən ciyiltini xatırladır.


Uşaq qışqırmır
2 bal






1 bal



0bal
Dərinin rəngi
Yeni doğulan uşağın dərisinin rəngi solğun və parlaq çəhrayı rənglər arasında ola bilər.
Dərinin rəngi normaldır.


Bədəninin bəzi hissələri “göyərmişdir”.
(Dodaqları və ya ətrafları)

Uşaq solğun və ya göyərmiş doğulub.
2 bal



1 bal




0 bal

Xəbərlər

02.05.2017

"INGILIS DİLLİ YAY DÜŞƏRGƏSİ"


|  Davamı
14.04.2017

Gələcək nəsil - "MOM`s Festival" da


|  Davamı
05.04.2017

Menar (zehni hesablama) - "Gələcək nəsil"də


|  Davamı