AZ | RU | EN home letter

Faydalı məsləhətlər


Biz oynayırıq! | Apqar cədvəli nədir? | Anamın laylası | Ana, ata – məktəbə getmək vaxtıdır! | 5-6 yaşlı uşaq bunları bacarmalıdır | Sizcə loqopedə nə zaman müraciət etmək lazımdır? | Uşaq nitqinin inkişafı | Loqopedik məşğələlər | Nitqin düzgün inkişafı | Kiçik matorikanın inkişafı

Biz oynayırıq!


Biz oynayırıq!

 Uşağın dünyanı dərk etməsi və inkişafı üçün əsas vasitələrdən biri oyuncaqlardır. Sizcə 1 yaşlı uşaq üçün hansı oyuncaqlar lazımdır? Mən 9 aylıq qızım üçün oyuncaq seçməkdə çox çətinlik çəkirəm, nə məsləhət görürsünüz? Bu kimi suallarla tez –tez valideynlər “Gələcək Nəsil” Valideynlər Klubunun mütəxəssislərinə müraciyət edirlər.

Hörmətli Valideynlər, həyatının ilk ilində uşaq intensiv inkişaf edir. Günbəgün o daha ağıllı və dərrakəlı olur. Onun əqli və fizik cəhətdən sürətlə inkişaf etdiyi bu dövürdə inkişafın hər mərhələsi üçün müxtəlif oyuncaqlar tələb olunur. Bu yaşda uşaqlar hələ müstəqil oynamağı bacarmadıqları üçün oyunlara böyüklərin aktiv müdaxiləsi tələb olunur.

7-10 günlük uşağın beşiyi ətrafından onda görmə, eşitmə və taktil hiss etməni inkişaf etdirən oyuncaqlar asmaq olar. Həyatının ilk ayında uşaq bir əşya üzərində nəzərlərini saxlamağı öyrənir. 1 yaşın sonuna doğru uşaq oyuncaqlarla manipulyasiya etməyi,  müxtəlif əşyaların xüsusuyyətlərini və onları müqaisə etməyi öyrənir.  Uşaq oyuncaqlar vasitəsi ilə böyüklərlə ünsiyyətə girir. Oyuncaqlar- həyatının ilk ilində uşağın dostu və köməkçisidir. Bəs oyuncaqları necə secməli? Bu zaman nəyə əsaslanmaq olar?

 Oyuncaq seçərkən ilk növbədə önün keyfiyyətinə və uşağın yaşına nə qədər uyğun olmasına diqqət yetirmək lazımdır. Onun hansı materialdan hazırlanmasına, rənginə, iti uclarının olub- olmamasına  xüsusi ilə fikir verin. Hər bir oyuncağın  keyfiyyət şəhadətnaməsi olmalıdır. Yaxşı oyuncaq mütləq pedaqoji tələblərə cavab verməlidir. Fırfıra və konstruktor bu yaşda uşağın inkişafına “hörümçək adamdan” daha yaxşı təsir göstərir. Böyük gəlinciklər və iri avtomobil modelləri də onun üçün hələ tezdir. 1 yaşa qədər uşaqlar üçün onların inkişafına, yaşlarına uyğun tamami ilə başqa oyuncaqlar lazımdır.  Oyuncaqların estetik cəhətdən göz oxşayan rənglərdə olması da vacibdir.

Beləliklə; Baxıram, toxunuram, çeynəyirəm!

 Anadan olandan 3 aya qədər; Həyatının bu dövründə uşaqlar üçün müxtəlif tip parçalardan hazırlanmış oyuncaqlar seçmək məqsədə uyğundur. Onlara əlini sürtməklə uşaq  lazımı məlumatlar əldə edir. Görmə və eşitmənin inkişafına son vaxtlar çox dəbdə olan və çarpayıya bərkidilən musiqili mobillər yaxından kömək edir. Bu dövürdə uşaqları xüsusi ilə üzərində ağ- qara həndəsi fiqurlar olan oyuncaqlar cəlb edir. Ona görədə, çarpayı üzərindən kublar, şarlar və prizmalar asmaq olar. Müxtəlif səsli oyuncaqlar zınqırovlar, şaxşaxlar, parçadan hazırlanmış səsli qolbağlar eşitmə və hərəkətlərin koordinasiyasının inkişafında  əvəzsizdir.  Bu dövürdə körpəyə üzlərində müxrəlif emosiyalar təsvir olunmuş insan şəkilləri də nümayiş etdirmək olar.

4- 6 ayda; bunlardan əlavə, uşaqda   tutma bacarığını və kiçik motorikanı inkişaf etdirmək lazımdır. Bu həm də uşağın diş çıxardığı dövrə təsadüf edir. Bu vaxt körpəyə damağına sürtmək üçün xüsusi oyuncaqlar almağı unutmayın. Xüsusi materialdan hazırlanmış bu oyuncaqları asanlıqla dişləmək və damağa sürtmək olar. Artıq Siz uşağa əlində saxlamaq üçün kiçik topda verə bilərsiniz, topun yumşaq olması və içində səs salan zınqırovun olması vacibdir. Musiqili oyuncaqlar almağı da unutmayın. Uşaq bu yaşda müxtəlif səsləri dinləməyi sevir. Uşağın əlinə tez- tez kauçuk və taxtadan hazırlanmış rəngli muncuqlar verin. Onlarla oyun kiçik motorikanı, həm də nitq aparatını inkişaf etdirir.

İməkləyən adam!

 7-9 aylıq; Məlum olduğu kimi bu dövürdə uşaq yaxşı oturur, 9 ayın sonuna doğru bəzi uşaqlar həttda ayaq üstə dayanır və addımlayırlar. Artıq ona üzərində yuxarı-aşağı, sağa sola hərəkət edən parlaq fiqurlar, şarlar, silindirlər, zınqırovlar, telefon diskləri olan müxtəlif oyun mərkəzləri almaq olar. Uşağı çimizdirəndə özünüzlə bərabər vanna otağına oyuncaqlar da götürməyi unutmayın. Rezin ördəklər, balıqlar, qurbağalar onun sevimli oyun dostlarıdırlar. Uşağın yıxılma ehtimalının qarşısını almaq üçün vannanın dibini müxtəlif fiqurlarla örtmək olar. Vannaya bərkidilən xüsusi oyun mırkəzləri də var. İndi hər dəfə balaca çimmək vaxtını səbirsizliklə gözləyəcək.

Artıq bu dövürdən başlayaraq balacanı sehirli kitablar aləmi ilə tanış etmək olar. İlk kitablar parçadan, rezindən, plastik və möhkəm kartondan hazırlansa daha yaxşı olar. Bu materiallar gez xarab olur və istifadədə daha davamlıdırlar.

Artıq addımlayıram!

 9-12 aylıq;  Artıq daha mürəkkəb məşğələlərin vaxtı çatıb. Taxtadan hazırlanmış klassik piramidanı mütləq uşağınız üçün alın. Bu oyuncaq bütün dövürlərdə görmənin, koordinasiyanın, kiçik motorikanın, dərketmə xüsusiyyətlərinin inkişafında əvəzsizdir. Bir- birinin içində gizlənən oyuncaqların da rolunu xüsusi qeyd etmək yerinə düşərdi; Bu oyuncaqlara aiddir: matryoşkalar, müxtəlif ölçülü stəkanlar, üzərində müxtəlif  həndəsi fiqurları salmaq üçün dəliklər olan kub və s. Uşağı hacıyatmaq, fırfıra oyuncağı ilə də tanış edin. İri üz cizgiləri olan gəlincik də ala bilərsiniz. Bu dövürdə iri tikinti materialları, mozaikalar da uşağı cəlb edir. Körpəyə uzun dəstəyi olan təkərli oyuncaq araba da hədiyyə edə bilərsiniz.

Həyatının ilk ilində apardığınız davamlı müşahidələr nəticəsində Siz uşağınızın zövqunə və maraqlarına daha yaxından bələd olmaqla artıq oyuncaq seçimində çətinlik çəkməyəcəksiniz.

 


Xəbərlər

02.05.2017

"INGILIS DİLLİ YAY DÜŞƏRGƏSİ"


|  Davamı
14.04.2017

Gələcək nəsil - "MOM`s Festival" da


|  Davamı
05.04.2017

Menar (zehni hesablama) - "Gələcək nəsil"də


|  Davamı