AZ | RU | EN home letter

Xidmətlər


Hamiləlik məktəbi | Uşaqlarla məşğələlər | Ad günləri və tədbirlər | Yay məktəbi | “Catering Service” | Baby yoga | Bəy - gəlin rəqsi | Məktəbə hazırlıq kursları

Uşaqlarla məşğələlər


Klubumuz uşaqlar üçün aşağıdakı məşğələləri təklif edir:

 

Anadan olandan 1 yaşa qədər

     İnkişafetdirici oyunlar.
     Görmə, yaddaş, nitqin və emosiyaların inkişafı.
     Məşğələlər azərbaycan, rus və ingilis dillərində keçirilir.
     Təcrübəli mütəxəssislərimiz tərəfindən bu məşğələlər anaların və dayələrin iştirakı ilə keçirilir.

Anadan olandan 2 yaşa qədər

     Dinamik gimnastika.
     İnkişafetdirici oyunlar.
     Əyləncəli riyaziyyat.
     Rəsm və yapma məşğələləri.
     Artikulyasiya gimnastikası.
     Nitqin inkişafı.
     Kiçik və böyük motorikanın inkişafı.
     Barmaqların gimnastikası.
     Məntiqin, yaddaşın, yaradıcı təfəkkürün inkişafı.
     Musiqini duyma qabiliyyətinin inkişafı.
     Q. Doman metodu ilə oxuma.
     Məşğələlər azərbaycan, rus və ingilis dillərində keçirilir.
     Məşğələlərdə anaların və dayələrin iştirakı vacibdir.

 

2 yaşdan 5 yaşa qədər

     Dinamik gimnastika.
     Bədii və yaradıcı təfəkkürün, yaddaşın, məntiqin, nitqin inkişafı.
     Əyləncəli riyaziyyat.
     N.A. Zayçevin metodi ilə oxuma.
     Rəsm, yapma, oriqami.
     Artikulyasiya gimnastikası.
     Kiçik və böyük motorikanın inkişafı.
     M. Montessori, N. Lazarev, Q. Doman və başqa aparıcı pedaqoqların metodlarına əsaslanaraq qurulan məşğələlər.
     Nağıl terapiya.
     Barmaqların gimnastikası.
     Məşğələlər azərbaycan, rus və ingilis dillərində keçirilir.
     Məşğələlərdə analar və dayələrin iştirakı vacibdir.

5-6 yaşlı uşaqlar üçün

     5-6 yaşlı uşaqların test üsulu ilə məktəbə hazırlanması.
     Bədii və yaradıcı təfəkkürün, yaddaşın, məntiqin, nitqin inkişafı.

           "Göy qurşağı" rəsm studiyası

"Uşağınız hansı işi məmnuniyyətlə yerinə yetirir»? - deyə valideynlərdən soruşsaq, "Əlbəttə ki, şəkil çəkməyi", - onların bir çoxunun cavabı belə olacaq.
Əgər şəkil çəkmək onda hələ alınmırsa, bu heç də faciə deyil. "Göy qurşağı" rəsm studiyasında uşaqlar təcrübəli rəssamın rəhbərliyi altında bu sahədə ilkin biliklərə yiyələnirlər. Burada bizim məqsədimiz:

     Bədii qavramanı inkişaf etdirmək,
     İncəsənət əsərlərinə sabit marağı tərbiyə etmək,
     İncəsənət əsərlərinin forma və növlərini ayırmağı,
     İncəsənət əsərləri ilə həyatdakı obrazlar arasındakı əlaqəni başa düşməyi öyrətməkdan ibarətdir.

Bu məşğələlərdə incəsənətə, o cümlədən təsviri incəsənətə, rəsm, yapma, applikasiya və oriqamiyə marağı artırmaq, praktik bacarıqların inkişafı üzrə iş aparılır. Əşyaları, hadisələri, onların rəng, forma, ritmini obrazlı şəkildə ifadə etmək öyrədilir, bədii təsvir qabiliyyətləri inkişaf etdirilir.

  

    

"Balaca pəhləvan» idman kursları 

Bu kurslarda uşaqların fiziki sağlamlığı professional instruktorun köməyi ilə kamilləşdirilir. Bu kurslar 2 - 3 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulub. Müasir həyat tərzi elədir ki, uşaqlar fiziki cəhətdən o qədər də, aktiv deyillər. Bu məşğələlər uşaqların əzələlərini möhkəmləndirmək, ritmi duymaq, gözəl qamətə malik olmalarına yönəlib. Yastıpəncəlilikdən əziyyət çəkən uşaqlara kömək üçün xüsusi kompleks məşğələlərimiz də var.

           "Gələcəyin xanımı" etiket qaydaları 

Bu kursları yeniyetmə və gənc qızlar üçün nəzərdə tutulub.

     Süfrə mədəniyyəti.
     Etika qaydaları.
     Kulinariyanın sirləri (desert, kokteyl, salatların hazırlanması).
     Toxuma, qurama, yapışdırma.
     Stolun və otağın bayramsayağı bəzədilməsi.
     Dizayn işinin əsas anları.

Xəbərlər

02.05.2017

"INGILIS DİLLİ YAY DÜŞƏRGƏSİ"


|  Davamı
14.04.2017

Gələcək nəsil - "MOM`s Festival" da


|  Davamı
05.04.2017

Menar (zehni hesablama) - "Gələcək nəsil"də


|  Davamı