AZ | RU | EN home letter

Xidmətlər


Hamiləlik məktəbi | Uşaqlarla məşğələlər | Ad günləri və tədbirlər | Yay məktəbi | “Catering Service” | Baby yoga | Bəy - gəlin rəqsi | Məktəbə hazırlıq kursları

Hamiləlik məktəbi


Klubumuzda fəaliyyət göstərən "Hamiləlik məktəbi" təbii yolla doğuşa hazırlıq və doğuşdan sonrakı dövrü əhatə edən 16 məşğələdən ibarətdir. Məşğələlər həftədə iki dəfə keçirilir. Məşğələlərə gəlmək üçün münasib vaxtı siz özünüz təyin edirsiniz.

"Hamiləlik məktəbi"ndə aşağıdakı məşğələlər keçirilir:

 

  Müalicəvi gimnastika ( hamilələr üçün fitness) - Hamiləlik heç də fiziki tapşırıqlardan və aktiv həyat tərzindən imtina etmək üçün səbəb deyil. Həmiləlik döründə düzgün fiziki formanı qoruyub saxlamaq lazımdır. Müasir fitness, aerobika və yoqanın bütün istiqamətlərini bilən və tibb təhsilli mütəxəsislərimiz xüsusi proqram əsasında hamilələrlə məşğul olurlar. Bu məşğələlər hamiləlik dövrünü asanlaşdırır, əsəb sistemini sakitləşdirir, orqanizmi yüngül və asan doğuşa hazırlayır, əzələ sistemini və hamiləlik dövründə üzərinə daha çox yük düşən onurğa sütununu möhkəmlədir. Hamiləliyin 16-cı həftəsindən başlayan bu məşğələlər qadın orqanızmının doğuşa hazırlanmasına xidmət edir. Müalicəvi gimnastika qarının böyüməsi və çəkinin artması ilə əlaqədar olaraq orqanizmdə yaranan xroniki gərginliyi və yorğunluğu aradan qaldırmağa kömək edir. Təcrübələr göstərir ki, hamiləlik dövründə fitneslə məşğul olan qadınlar doğuşdan sonra öz əvvəlki bədən formaların daha tez alırlar.

Tənəffüs - Bilirsinizmi xüsusi metodla nəfəs alma doğuş sancılarını azaltmağa kömək edir? Yoqa-fəlsəfə, xüsusi həyat tərzi olmaqla, daxili və xarici aləminizin təmuzliyini qoruyub saxlamaq mədəniyyəti və düzgün nəfəs almaq deməkdir. Düzdün nəfəs alma immuniteti qaldırır, ağ ciyərin hava tutumunu artırır ki, bu da öz növbəsində qanı oksigenlə zənginləşdirir. Gənc ana üçün bunda xeyirli nə ola bilər? Tənəffüz məşğələlərinə nəfəs alma gimnastikası, relaksasiya və yoqa elementləri daxildir. Bu məşğələlər rahat zalda sakitləşdirici musiqi sədaları altında həyata keçrilir.



Fitbol - məşğələləri də cox maraqlı və effektlidir. Bu məşğələlərdə qazanılan müsbət emosiyalar mərkəzi əsəb sisteminin tonusunu yüksəldir, hamiləlik dövründə qadın orqanizmi üçün vacib olan bir sıra fizioloji mexanizmləri stimullaşdırır.

 Meditasiya, artterapiya, musiqili terapiya, aromateropiya - Hamilə qadına öz daxili aləmi və ətraf dünya ilə yekdil olması vacibdir. Meditasiya məşğələləri bu yekdilliyin yollarını Sizə öyrədəcək. Psixoloqun köməyi ilə aparılan meditasiya, artterapiya, aromaterapiya, musiqiterapiya Sizə özünüzlə və ətraf ələmizinlə yekdil olmağa kömək edəcək. Bunun nəticəsində uşaq anadan musiqini eşitmə, rəngi seçmə, iyi hiss etmə qabiliyyəti ilə doğulur.

 Təbii yolla doğuşa hazırlıq - Övlad dünyaya gətirmək milyon illərlə davam edən bir proses olsa da, bu Sizin üçün miflərlə doludur. Bu barədə rəfiqələrinizdən və tanışlarınızdan eşitmisiniz. Hər kəs öz emosionallığı və fərdi praktikası müstəvisindən mühakimə yürüdür. Doğuş zamanı nəyi və necə etmək lazımdır? Körpənizi və sizi nə gözləyir? Bunu əvvəlcədən bizim mütəxəsislərlə müzakirə edin. Onların bilik və bacarıqlarına arxalanın. 

Bətin daxili körpə ilə ünsiyyət - Ana uşağın tərbiyəsində müstəsna rola malikdir, çünki, ana uşaqla o hələ dünyaya gəlməmiş ünsiyyət qurmağa qadir olan yeganə insandır. Hamiləliliyin ilk həftələrindən başlayaraq ana uşaqla ünsiyyət qurmalıdır. Axı ancaq Ana öz övladına onun necə sevimli, istəkli və əziz olduğun ünsiyyət vasitəsi ilə çatdıra bilər. Ünsiyyət tellərini necə yaratmalı? Uşağın tərbiyəsi ilə nə vaxtdan məşğul olmalı? Bunu bizim məşğələlərdə öyrənin.





Uşağa qulluq - Budur balaca insan artıq sizin qucağınızdadır. Yeni doğulmuş uşağın anatomik və fiziki xüsusiyyətləri, ona necə qulluq etmək lazımdır, masaj, hava, su, günəş vannaları vasitəsi ilə onun orqanizmini necə möhkəmləndirmək olar? Balaca adamın sağlamlığı, hormonik inkişafı, həqiqi şəxsiyyət və sağlam insan olması üçün nə etmək lazımdır? Yaranacaq suallara bizim klubda cavab axtarın.

Əmizdirmə - Övladınızın möhkəm immun sisteminə malik olması, sağlam böyüməsi üçün onun ana südü ilə qidalanması vacibdir. Ana südü ilə qidalanan uşaqlar süni qida alan uşaqlarla müqayisədə daha az xəstələnir və xəstəliyə qarşı daha davamlı olurlar. Bizim məşğələlərdə düzgün əmizdirmə qaydaları, laktasiya dövrünün uzadılması üçün xüsusi metodlarla tanış olacaqsınız. Həmçinin uşağı əmizdirməkdə çətinlik çəkən gənc anaların müraciyət edə biləcəyi qaynar xəttimiz də fəaliyyət göstərir. Bizim mütəxəsislər bu işdə daim sizə kömək edə bilərlər.

Anadan olandan 2 aya qədər uşaqlarla ilk məşğələlər
Bu məşğələlər Sizə həyatının ilk günüdən uşağınızın bir şəxsiyyət kimi potensialını açmağa imkan verəcək. Siz onun görmə, eşitmə, nitq, emosiya, fiziki inkişafını kompleks şəkildə özündə əhatə edən proqlamla tanış olacaqsınız.

 Atalar günü - Ətrafda nə isə baş verir. Siz sevdiyiniz qadını tanıya bilmirsiz. "Kimdir günahkar? Nə etmək lazımdır? Ona necə kömək etməli? " Bu kimi suallara hər bir gələcək ata cavab axtarır. Bizim klubun mütəxəsisləri bu işdə sizə köməkçidirlər.

Doğuşdan sonrakı ilk aylarda psixoloji dəstək

Əgər Siz hamiləliyin erkən dövrlərində bizim kluba gəlib bu biliklərə yiyələnməmisinizsə, ruhdan düşməyin, bizim Ekspress kurslar - hamiləliyin son ayında olan qadınlar üçün nəzərdə tutulub, qısa çəkildə əsas anlayışları verir.

Xəbərlər

02.05.2017

"INGILIS DİLLİ YAY DÜŞƏRGƏSİ"


|  Davamı
14.04.2017

Gələcək nəsil - "MOM`s Festival" da


|  Davamı
05.04.2017

Menar (zehni hesablama) - "Gələcək nəsil"də


|  Davamı